XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2017 - 23:07

“Aprelin 10-dək elektron ərizə təsdiqlənməlidir” –DİM-dən abituriyentlərə xəbərdarlıq

Xəbər verildiyi kimi, ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu aprelin 10-da başa çatacaq.

Abituriyentlər "Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiqləyirlər.

Strateq.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, aprelin 6-na olan məlumata əsasən birinci-beşinci ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən 70 mindən çox abituriyent elektron ərizəsini təsdiqləyib: "Aprelin 10-dək elektron ərizəsini təsdiqləməyənlər imtahana buraxılmayacaqlar".