XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 00:12

“AMEA-nın professoru” elmi adının verilməsi ilə bağlı komissiya yaradıldı –AMEA-da iclas

""AMEA-nın professoru” elmi adı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas funksiya və vəzifələrinin həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə verilir".

AMEA-dan Strateq.az-a verilən məlumata görə, bunu AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclasında bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov deyib.

Akademik “AMEA-nın professoru” elmi adının verilməsi üzrə BTEB-in nəzdində ekspert komissiyasının yaradıldığını söyləyib.

İclasda komissiyanın elmi katibi və üzvləri seçilib.

Tibb problemləri üzrə elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramov dissertasiyaların və tədqiqat üsullarının elektron qeydiyyat bazası barədə təqdimatla çıxış edib. Bildirilib ki, bu baza vasitəsilə elmi məqalə və dissertasiyalarda təkrarçılıq aradan qaldırılacaq, tədqiqat üsulları daha səmərəli olacaq.

İclasda bir sıra elmi təşkilati və kadr məsələləri də müzakirə olunub.