XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

07 Aprel 2017 - 11:31

Dənizdə meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşdi –Açıqlama

Qaradağ rayonu ərazisində dənizdən tapılan meyitin ötən il dekabrın 14-də N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus estakadanın uçulması nəticəsində həlak olmuş neftçiyə məxsus olduğu təstiqlənib.

Müayinə nəticəsində meyitin hadisə zamanı itkin düşən neftçi – N.Nərimanov adına NQÇİ-nin operatoru olmuş Azay Zülfüqarova məxsus olduğu təsdiqlənib.

Meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və orada müayinə olunub. Meyitin bu gün A.Zülfüqarovun ailəsinə təhvil veriləcəyi bildirilir.

Qeyd edək ki, ötən il dekabrın 14-də N.Nərimanov adına NQÇİ-nin dənizdəki estakadasının uçulması nəticəsində 10 nəfər neftçi itkin düşmüşdü. Baş vermiş qəza zamanı itkin düşən neftçilərdən 8-nin meyiti tapılıb. 

Trend