XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 April 2017 - 13:04

Sabahdan hava pisləşəcək –Nazirlik proqnozu açıqladı

Aprelin 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 6-8° isti, gündüz  17-19° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %,  gündüz 45-55 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti olacağı gözlənilir. 

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 9-u axşam qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7° enəcək.