XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 13:23

“Bu, ABŞ və Böyük Britaniyanın 2003-cü ildə İraqa hərbi müdaxiləsini xatırladır” –Lavrov

“ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri saxta bəhanəsi olan təcavüz aktıdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daşkənddə MDB XİN başçıları Şurasının iclasında bildirib. 

"ABŞ-ın Suriya aviabazasına raket zərbələri 2003-cü ildə İraqdakı vəziyyəti xatırladır. Bu, tamamilə saxta bəhanəsi olan təcavüz aktıdır. Bu hadisə 2003-cü ildə ABŞ və Böyük Britaniyanın bir neçə müttəfiqləri ilə İraqa hərbi müdaxiləsini xatırladır", – deyə, o, qeyd edib. 

APA