XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 07:21

Ermənilər 3 aylıq itkilərini AÇIQLADI: 25 ÖLÜ

Strateq.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyi Qarabağ cəbhəsindəki itkilərin sayını açıqlayıb. İşğalçı ölkənin müdafiə nazirliyi xalqın və erməni mediasının basqılarından sonra belə bir addım atdığı güman olunur. Ancaq budəfəki açıqlanan say da qeyri-real görünür.

Belə ki, Seyran Ohaniyanın komandası bu dəfə də yalnız Ermənistandan çağırılmış əsgərlərin ölüm sayını açıqlayıb:

“Yanvarın 15-dən martın 31–nə qədər cəbhə bölgəsində 19 hərbçimiz həlak olub. Bundan başqa, 6 qeyri-döyüş itkilərimiz var. ötən illərə nisbətən ölənlərin sayında azalma var. ölənlərin əksəriyyəti də Azərbaycan Ordusunun atışmalarda istifadə etdiyi iriçaplı silahlardan atılan atəş nəticəsində məhv edilib”.

Azərbaycan tərəfi isə itkilərin qat-qat çox olduğunu bildirirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlamasında ermənilərin hər zaman itkilərini gizlətdiklərini bildirib. O deyib ki, Dağlıq Qarabağ ermənilərinin itkilərinin isə ümumiyyətlə sayını açıqlamırlar:

“Onlar həmişə bu variantdan istifadə edirlər. çox zaman da hamısının ad-soyadlarını vermirlər. Gizlədirlər. Ermənistandan çağırılmış hərbçilərin ölümləri təsdiqlənir. Ancaq Dağlıq Qarabağ erməniləri haqqında heç nə deyilmir. Bu onların dövlət siyasətidir”.