XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Aprel 2017 - 16:32

Marneulidə 2 kəndin sakinləri etiraz aksiyası keçirib –Səbəb

Gürcüstanın Marneuli rayonundakı Baydar və Kürtlər kəndlərinin sakinləri etiraz aksiyası keçiriblər.

Aksiyanın keçirilməsində məqsəd suvarma suyunun çatışmamasıdır.

Sakinlər Baydar kəndinin mərkəzinə toplaşdıqdan sonra əkin sahələrinin suvarıldığı su kanalının vəziyyəti ilə tanış olmaları üçün rayon rəhbərliyini ora dəvət ediblər. Sonra aksiya kanalın ətrafında davam edib. Sakinlər su idarəsi ilə müqavilə bağladıqlarını, lakin suyu bölüşdürən cuvarların adı çəkilən kəndlərə su vermədiklərini bildiriblər.

Onlar kiçik əkin sahələrinin, həyətyanı sahələrin suvarma su ilə təmin olunmadığını, lakin 50-60 və daha çox torpaq sahələrinin suvarma suyu ilə təmin olunduğunu söyləyiblər.

Aksiyadan xəbər tutan rayon su idarəsinin rəhbərliyi idarənin baş mühəndisi və digər mütəxəssisləri suvarma kanalı ilə tanış olmaq üçün sakinlərin toplaşdığı sahəyə yollayıb.

Sakinlər və baş mühəndis arasında danışıqdan məlum olub ki, su idarəsinin rəhbərliyi iki kanalın ayrıcına su şlyüzü qoymağı planlaşdırır.

Baş mühəndis Vladimir Xarçiladze açıqlamasında iştirakçıların tələbləri ilə çoxdan tanış olduğunu bildirib. O, hazırkı vəziyyətdə şlyüzün qoyulmasının çətin olacağını, lakin suvarma kanalını təmizlədikdən və bu yay mövsümünü başa vurduqdan sonra payızda kanala şlyüzlərin qoyulmasının mümkün olacağını deyib. Onun sözlərinə görə, hazırda kanalda iş başlayıb: “Biz kanalın içindəki zibili və otları təmizlədikdən sonra hələlik suvarma suyunu qrafiklə verəcəyik. Düşünürəm ki, hələlik problemin çıxış yolu budur. Problemin həlli isə payızda olacaq”.

Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev iki kəndin su problemindən xəbərdar olduğunu və su idarəsinə müvafiq göstərişlər verdiyini, problemin yaxın günlərdə həll olunacağını vurğulayıb.

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev isə seçiciləri olan Baydar və Kürtlər kənd sakinlərinin ona da müraciət etdiklərini və suvarma suyu çatışmazlığı barədə ətraflı məlumat aldığını bildirib:

Kənd Təsərrüfatı Nazirliyi tezliklə tədbirlər görəcək. Bu gün parlamentdə, sessiyadayam. Sabah sakinlərlə görüşüb, problemin həlli barədə onlara ətraflı məlumat verəcəyəm”.

APA