XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 17:50

Maliyyə Bazarlarına Nəzarət Palatasına daha bir səlahiyyət verildi –Dəyişiklik

Bu gün Milli Məclisin plenar iclasında Mülki Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Hazırda qüvvədə olan maddəyə əsasən, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilərdisə, təkliflər qəbul olunacağı təqdirdə bu məlumatlar həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına da veriləcək.

Qeyd edək ki, dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

APA