XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 April 2017 - 19:45

Maliyyə Nazirliyindən QHT-lərə xəbərdarlıq –30 gün ərzində hesabat verməlidirlər

Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib.

Strateq.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki,  QHT-lər  “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən, illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq, 30 gün ərzində nazirliyə təqdim etməlidir:

"QHT-lər www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarını təqdim edə bilərlər".

Nazirlik maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulduğunu da QHT-lərə müraciətində xatırladıb.