XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2017 - 22:35

Lavrovla Çavuşoğlu arasında telefon danışığı olub –Suriyadakı son hadisələr müzakirə edilib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu  arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

Telefon danışığı zamanı Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyadakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Məlumata əsasən, S.Lavrov bildirib ki, ABŞ-ın Homs şəhəri yaxınlığındakı hərbi aerodroma hava zərbələri endirməsi Moskva və Ankaranın Suriyada böhranın nizamlanması səylərini sarsıdır.

“Tərəflər Xan-Şeyxunda baş verən hadisələrin obyektiv, qərəzsiz araşdırılması, həmçinin bundan əvvəl terror qruplaşmaları tərəfindən kimyəvi silahdan istifadə edilməsi hallarının öyrənilməsinin vacibliyini vurğulayıblar”, məlumatda qeyd edilib.

Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyada sülhə nail olmaq üçün yeganə yol kimi danışıqların davamına alternativin olmadığını vurğulayıblar.