XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2017 - 00:02

Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb –İsveç mətbuatı

Bu gün Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə İsveçin SVT kanalı məlumat verib.

“İlkin məlumata görə, Stokholmda baş verən hadisə nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. Terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb”, – deyə İsveç paytaxtı polisinin nümayəndəsi Lars Bistryom bildirib.

Xatırladaq ki, bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. 

APA