Aprelin 8-də İrana səfər etmiş SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının neft naziri Bijan Namdar Zənganə ilə görüş keçirib.
Strateq.az SOCAR-a istinadən bildirir ki, görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğu bildirilib.
Tərəflər İranda həyata keçirilən neft-qaz layihələrində SOCAR-ın iştirakı, qaz ticarəti sahəsində əməkdaşlıq, üçüncü ölkələrdə birgə layihələrin mümkünlüyü məsələlərini nəzərdən keçirib, ətraflı fikri mübadiləsi aparılıb.
Yekunda müzakirə olunan mövzular üzrə araşdırma və təmasların işçi qaydada davam etdirilməsi qərara alınıb.