Stokholm polisi bir gündə iki xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı dörd nəfər saxlanılıb.
Qeyd edək ki, aprelin 7-də sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Rəsmi qurumlar insidenti terror aktı adlandırıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun Özbəkistan əsilli 39 yaşlı şəxs olduğu bildirilir. (APA)