XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

09 Aprel 2017 - 09:10

Tillerson ABŞ-ın Suriyaya dair prioritetləriniaçıqlayıb

“İŞİD terror qruplaşması ilə mübarizə ABŞ-ın əsas prioritetidir”. Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

“Hesab edirik ki, bizim birinci dərəcəli prioritet  İŞİD üzərində qələbədir”, – deyə Tillerson CBS telekanalının müxbirinin ABŞ-ın Suriyaya qoşun yeritmək planının olub-olmamasına dair sualına cavab verərkən bildirib.

“Düşünürəm ki, İŞİD təhlükəsi azaldıqdan və ya ləğv edildikdən sonra diqqətimizi artıq Suriyada  vəziyyətin sabitləşməsinə yönəldə bilərik”, – deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson ötən həftə Ankarada rəsmi səfərdə olarkən bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin taleyini yalnız Suriya xalqı həll etməlidir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının artıq ABŞ üçün prioritet olmadığını qeyd etmişdi.   (APA)