XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 April 2017 - 10:58

Qazaxıstan:"Kütləvi qırğın silahlarının istifadə edilməsini şiddətlə qınayırıq"

Qazaxıstan Astana prosesinin qarant ölkələrini Suriyadakı qarşıdurmaların qarşısını almaq üçün birlikdə mübarizəyə çağırıb.

Bu haqda Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda Qazaxıstanın Suriyadakı gərginlikdən narahat olduğu vurğulanıb:

"Qazaxıstan kütləvi qırğın silahlarının istifadə edilməsini şiddətlə qınayır. Günahkarlar məsuliyyətə cəlb olunmalıdır. BMT bunu obyektiv araşdırmalıdır.

Astana prosesinin qarant ölkələrini qarşıdurmalara qarşı birgə mübarizəyə çağırırıq”, – deyə nazirlik məlumat yayıb. (Axar.az)