XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

09 Aprel 2017 - 11:58

Almaniya Avropa Polisi yaradılmasınıtəklif edib

Almaniyanın Cinayət işlər üzrə Federal İdarəsinin rəhbəri  Xolqer Münx Avropa Polisinin yaradılmasını təklif edib.

H. Münx bu təklifini “Bild am Sonntag” nəşrində bu gün dərc olunan müsahibəsində səsləndirib.

H. Münx deyib ki, daxili sərhədlərin olmadığı Avropada polis də transsərhəd səviyyəsində sıx əməkdaşlıq imkanlarına malik olmalıdır: “Təcili Avropa ölkələrinin polis sistemlərinin inteqrasiyasını yaxşılaşdırmağa ehtiyac var. Biz bir ölkə kimi Avropa daxilində polis məlumatlarının mübadiləsi imkanlarına malik olmalıyıq. Hazırda müxtəlif sistemlərin cinayətlərin araşdırılmasını çətinləşdirir. Şengen informasiya sistemində biometrik komponentlər də yoxdur. Bu, barmaq izinə görə şəxsin müəyyənləşdirilməsinə imkan verərdi. Avropada şübhəlilərlə bağlı informasiya bazası da yoxdur”  (APA)