XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

09 Aprel 2017 - 12:20

“Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq” –Nazirlikdən sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Hava günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.  Havanın temperaturunun gecə 6-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 7-9° isti, gündüz  13-15° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  759 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 %  təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə  intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru bəzi rayonlarda yağıntıda fasilə yaranacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.