Bu gün Misirdə daha bir kilsədə partlayış törədilib.
Bu barədə Misirin “On-TV” telekanalın məlumat yayıb.
Partlayış İsgəndəriyyə şəhərindəki kilsədə törədilib. Partlayış nəticəsində ölən və yaralananlar var.
Qeyd edək ki, bu gün səhər Misirin Tanta şəhərində kilsədə güclü partlayış törədilib, nəticədə 30 nəfər ölüb. Daha sonra Misir Daxili İşlər Nazirliyinin Tanta şəhərindəki təlim mərkəzində də partlayış törədilib. (APA)