XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

09 Aprel 2017 - 15:44

Əflatun Amaşov QDİƏTPM-in Gürcüstandakı iclasındaiştirak edəcək

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci iclasında məruzə ilə çıxış edəcək.

Mətbuat Şurasından  verilən məlumata görə, Ə. Amaşov iclasa qatılmaq üçün aprelin 10-dan 13-dək qonşu Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olacaq.

Ə.Amaşovun məruzəsi quruma üzv ölkələrdə yeni enerji mənbələrinin inkişafı ilə bağlıdır. Toplantıda habelə QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq. (APA)