XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

09 Aprel 2017 - 16:46

Kipr yenə ortalıqda… –Qərar təxirə salındı

Yunan Məclisi Kipr müzakirələrində böhrana səbəb olan Enosis qərarını təxirə salıb.

Yunanların iclası tərk etmələri ilə müzakirələr yarımçıq qalıb.

Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akınçı müzakirələrin aprelin 11-də yenidən keçiriləcəyini bildirib.

Xatırladaq ki, 67 il sonra adanın Yunanıstana birləşdirilməsini nəzərdə tutan Enosisin məktəblərdə qeyd olunması Şimali Kipr Türk Respublikasının etirazına səbəb olmuşdu. Bundan sonra Yunan Məclisi Kipr haqda müzakirələrə son qoymuşdu.

Qeyd edək ki, Kipr məsələsi hələ də həllini tapmayıb. Tərəflər torpaq sahəsi də daxil olmaqla bir çox strateji məsələlərin müzakirəsini davam etdirir.  (Axar.az)