XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

09 Aprel 2017 - 20:09

Misirdə üç günlük matəm elan olunub

Misir hökuməti Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

Terrorçu-kamikadzelərin törətdikləri partlayışlar nəticəsində 46 nəfər ölüb, 100-dən çoxu yaralanıb.

Son məlumatlara əsasən, Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 16 nəfər ölüb.  (APA)