XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

09 Aprel 2017 - 20:12

Nazir açıqladı:"İranlı terrorçu və bölgə lideri məhv edildi"

Diyarbəkirin Viranşehir məhəlləsində törədilən teraktın koordinasiyasını quran terrorçu öldürülüb.

Bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib.

“Övladlarımız Mardin Savurda 7 terrorçunu məhv edib. Bir əsgərimiz isə yüngül yaralanıb. Öldürülənlər arasında Viranşehir partlayışınının koordinasiyasını həyata keçirən və bölgə lideri də var. Terrorçulardan biri də çox güman ki, iranlıdır. Yenə də vurğulamq istəyirəm ki, terrorizmə qarşı fəaliyyətimiz qəti şəkildə davam etdiriləcək”, – nazir əlavə edib.

Xatırladaq ki, təxminən 2 ay əvvəl Viranşehir məhəlləsində kamikadzenin partlayış törətməsi nəticəsində 2 dinc sakin həlak olmuş, 15-dən çoxu isə yaralanmışdı. (Axar.az)