XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 03:44

İsveçdəki terrorun arxasından da İŞİD çıxdı –Özbəkistan əsilli terrorçu ifadə verib

Aprelin 7-də Stokholmda baş vermiş hücum İŞİD terror qruplaşmasının əmri ilə həyata keçirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu hücumu həyata keçirmiş Özbəkistan əsilli Rəhmət Akilov polisə ifadəsində deyib.

Terrorçu ifadəsində İŞİD tərəfdarı olduğunu etiraf edib. “Suriyada bombardmanlara son qoyulmalıdır”, – deyə R.Akilov bildirib.

Qeyd edək ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.