XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 10:23

“Sumqayıt Aşqarlar” ASC-nin rəhbərinə ölkədən çıxmaq qadağan olunub

Azərbaycanda şirkət rəhbərliyinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

“Report”un əldə etdiyi məlumata görə, Azərbaycan Vergilər Nazirliyinin (VN) 2 saylı Ərazi Vergilər Departamenti “Sumqayıt Aşqarlar” ASC-nin rəhbəri Cavad Xamməd oğlu Cavadovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət edib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə ərizə təmin olunub. Qərardan narazı qalan C.Cavadov apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.