XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

10 Aprel 2017 - 15:16

Prezident:““Sovetski”də yeni gözəl istirahət məkanı yaradılacaq”

 “İl ərzində infrastruktur layihələrinin icrasına diqqət yetiriləcək. Bunlar elektrik enerjisi ilə təminat, qazlaşdırma, içməli su, yolların inşası layihələridir. “Sovetski” adlanan ərazinin abadlaşacaq və yeni gözəl istirahət məkanı yaradılacaq”.

Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident  sosial-infrastruktur layihələrinin icra olunduğunu, modul tipli 3 məktəbin tikildiyini, əlavə 12 belə məktəbin inşasının nəzərdə tutulduğunu söylədi. Bu ilin birinci rübündə 13 tibb müəssisəsi də tikilib və ya əsaslı təmir edilib. Bu il Abşeron və Ağcabədi olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulub.

Bölgələrdə məşğulluğun artırılmasının daim diqqətdə saxlanılmasının vacibliyini bildirən dövlətimizin başçısı sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesinin davam edəcəyini diqqətə çatdırdı. Qeyd etdi ki, xarici sərmayələrin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılmalıdır. Bu il Quba və Mingəçevirdə “ASAN xidmət” mərkəzlərinin açılacağını deyən Prezident İlham Əliyev Şəki və İmişlidə də belə mərkəzlərin binalarının tikintisinin aparıldığını diqqətə çatdırdı.

Sonda dövlətimizin başçısı bu ilin sonuna qədər müsbət dinamikanın saxlanılmasının vacibliyini vurğuladı.