XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2017 - 10:21

Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək –Bakıda

İqtisadi əməkdaşlığa dair Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası may ayında Bakıda keçiriləcək. 

Bu barədə APA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildiriblər. Məlumata görə, prezident Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfərindən sonra hökumətlərarası komissiyaya xüsusi tapşırıqlar verilib. N. Nazarbayev hər iki ölkənin ixrac və idxal modellərini, hər iki tərəf üçün maraqlı ola biləcək əmtəələri müəyyənləşdirməyi tapşırıb. O, hər iki ölkədə istehsal olunan malların xüsusi siyahısını nəzərdə tutan yol xəritəsinin hazırlanması barədə də tapşırıq verib.

Bundan əlavə Qazaxıstan taxılının Azərbaycana ixracının bərpası və Azərbaycan kənd təsərrüfat malların Qazaxıstana ixracı ilə bağlı ikitərəfli işçi qrupun yaradılması qərara alınıb.