XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 April 2017 - 12:46

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı –Dövlət İmtahan Mərkəzindən açıqlama

Dövlət İmtahan Mərkəzi (DİM) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya keçirilmiş qəbul imtahanının I mərhələsinin nəticələrini açıqlayıb.

Strateq.az DİM-ə istinadən bildirir ki, hər bir namizəd mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının II mərhələsi iyulun 5-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.