XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 April 2017 - 17:51

ANAMA:"Cocuq Mərcanlıda tank əleyhinə mina və top mərmisi aşkarlandı"

Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 2 775 ədəd qəlpə, 1 ədəd tank əleyhinə TM-57 minası və 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) aşkar edilib.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Strateq.az-a daxil olan məlumata görə, mina və mərmi zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 49 615 kv.m ərazi (3 103 kv.m əllə, 15 600 kv.m mexaniki üsulla, 30 912 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.