XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 April 2017 - 19:06

ATƏT ötən il Dağlıq Qarabağ münaqişəsi zonasında 22 monitorinq keçirib –Hesabat

Tərəflərin dəstəyi ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun qrupu 22 monitorinq tapşırığı həyata keçirib.

Bu barədə ATƏT-in 2016-cı il üçün illik hesabatında deyilir.

Hesabatda bildirilir ki,  monitorinqlərdən 5-i Ermənistan-Azərbaycan sərhədində, 17-si isə təmas xəttində icra edilib. Məlumata görə, Yüksək Səviyyəli Planlaşma Qrupunun nümayəndələri də 4 dəfə – fevral, may, iyul və oktyabr aylarında həyata keçirilən monitorinqlərə qatılıblar.

Əlavə olaraq, ATƏT-in Almaniya sədrliyinin nümayəndələri may və oktyabr monitorinqlərində iştirak edib.

APA