XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

11 Aprel 2017 - 19:53

Koreyanın baş naziri Prezident İlham Əliyevə məktub göndərdi –Mətn

Koreya Respublikası Prezidentinin vəzifəsini müvəqqəti icra edən və Baş nazir Hvan Kyoan Azərbaycan Prezidenti İlham Əliyevə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu göndərib.

Strateq.az həmin məktubu təqdim edir: 

“Diplomatik əlaqələrin qurulduğu 1992-ci ildən sonrakı dövrdə ölkələrimiz arasında bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq duyuram. Ölkələrimizin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri, xüsusən də Sizin 2007-ci ildəki səfəriniz nəticəsində əməkdaşlığımız yeni mərhələyə qədəm qoymuşdur. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və mədəni mübadilənin daha da genişlənəcəyinə ümid edirəm. Ötən əsrin sonlarından başlayaraq dostluq əlaqələrinin möhkəmlənməsi üçün göstərdiyimiz qarşılıqlı səylərə əsaslanaraq, ikitərəfli və səmərəli əməkdaşlığın fəal şəkildə inkişaf etdirilməsini arzulayıram”.

Hvan Kyoan Neft-kimya Kompleksinin tikintisi daxil olmaqla, enerji infrastrukturu, nəqliyyat və telekommunikasiya kimi müxtəlif sahələrdə ikitərəfli strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirir.

Koreya Respublikası Prezidentinin vəzifəsini müvəqqəti icra edən və Baş nazir ölkələrimiz arasında dostluğun və əməkdaşlığın dərinləşməsinə göstərdiyi daimi marağa və dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib, möhkəm cansağlığı, ölkəmizə sonsuz tərəqqi arzu edib.