XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

11 Aprel 2017 - 20:35

Nazir Zakir Həsənov və icra başçıları Milli Qəhrəmanın il mərasimində iştirak edib –FOTOLAR

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş Murad Telman oğlu Mirzəyevin Bakının Yasamal rayonunda il mərasimi keçirilib.

Strateq.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, qəhrəmanın məzarı ziyarət edilərək qarşısına Müdafiə Nazirliyi, Yasamal rayon icra hakimiyyəti və xidmət etdiyi hərbi hissənin şəxsi heyəti adından əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.

Şəhid zabitin yaşadığı binanın qarşısında xatirə lövhəsinin açılışı olub, ruhuna dualar oxunaraq ehsan verilib.

Milli Qəhrəmanın anım mərasimində Müdafiə Nazirliyinin, Yasamal və Sabirabad rayon icra hakimiyyətlərinin rəhbərliyi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin atası Telman Mirzəyev oğlunun şəhidliyindən ötən bir il ərzində  qəhrəmanın ailəsinin ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edərək, prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.