XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

12 Aprel 2017 - 10:47

Şeyxülislam:"Cocuq Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq"

Azərbaycanın dövlət başçısının sülhsevər siyasətini dəstəkləyən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini, ədalətli sülhün bərqərarını istəyən Azərbaycan xalqı beynəlxalq səylər nəticə verməzsə, özü ədaləti bərpa etməyə qadirdir.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə bu gün “İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” adlı beynəlxalq konfransda deyib.

A.Paşazadə əlavə edib: "İldönümünü yaşadığımız Aprel zəfəri bunun bariz nümunəsidir. Allah bütün şəhidlərimizə rəhmət etsin! Ali Baş Komandanın əmrinə müntəzir Azərbaycan ordusu bayrağımızı işğal altında olan bütün topraqlarımızda ucaldacaqdır, inşallah. Dədə-baba torpaqlarımıza qovuşub oradakı dini-mənəvi məkanlarımızı bərpa edəcəyik. Dövlət rəhbərimizin dəstək və yardımı ilə Cocuq Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq. Böyük qayıdışımızın, şanlı qələbəmizin şəninə veriləcək azanları eşidəcəyimiz zaman uzaqda deyil, inşallah!"