XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 10:22

Çingiz Abdullayev: `Nazirlər məndən az işləyir?`

bitmap-img6

Bunu “Azadlıq” radiosuna müsahibəsində “Neftçi” futbol klubunun yeni yaranan Müşahidə Şurasının sədri, yazıçı çingiz Abdullayev bildirib. O, bu vəzifəyə martın 31-də seçilib.
– Siz həm Yazıçılar Birliyində vəzifə tutursunuz, həm məhsuldar yazıçısınız, üstəgəl də futbol. Bütün bu işləri necə çatdıracaqsınız?
– Bizim idman sahəsində o qədər adam var ki, həm federasiya sədridir, həm də nazirdir. Siz elə bilirsiniz ki, nazirlər məndən az işləyir? Məsələn, Şahmat Federasiyasının rəhbəri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovdur. Elə bilirsiniz bankda iş azdır? Ya bizim hörmətli Kəmaləddin Heydərov neçə illər Taekvando Federasiyasına rəhbərlik etdi. Məgər Fövqəladə Hallar Nazirliyində iş azdır? Təbii ki, orda iş Yazıçılar İttifaqındakından milyon dəfə çoxdur. Amma görünür ki, kömək lazımdır. Hər bir azərbaycanlı düşünməlidir ki, ölkənin təbliğatı üçün nə etsin, idmanını qaldırmaq üçün hansı işi görsün.