XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 April 2017 - 18:00

Bakıda ölümlə nəticələnən uçqunun səbəbi açıqlandı – Cinayət işi açıldı

“Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun hadisəsi tikinti normalarının pozulması nəticəsində baş verib”.

Bunu jurnalistlərə açıqlamasında hadisə yerində olan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev deyib. O qeyd edib ki, tikinti yerində 6 nəfər fəhlə olub. Onlardan ikisi ölüb. (report)

İstirahət mərkəzində baş vermiş uçqun hadisəsilə bağlı cinayət işi başlanıb. Bu barədə Trend-ə Səbail rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü maddəsilə cinayət işi başlanıb.