XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 10:26

SOCAR-ın zavodunda dəyişiklik –Direktor təyinatı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCARHeydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna yeni direktor təyin edilib.

Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib.

Onun sözlərinə görə, bu, Roman Nağıyevdir.

O, bundan əvvəl şirkətin “Azəriqaz” İstehsalat Birliyində çalışıb və yeni vəzifəsində 2015-ci ildə vəfat etmiş Ayaz Qarayevi əvəz edib.