XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 April 2017 - 10:29

“Azercell”dən abunəçilərinə müraciət –Xəbərdarlıq

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom” MMC bəzi xidmətlərində problemlərin yaranacağı ilə bağlı abunəçilərinə xəbərdarlıq edib.

Bu barədə "Azercell"dən verilən məlumata görə, abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə aprelin 14-də şirkətdə təkmilləşdirmə işləri aparılacaq.

Bununla əlaqədar olaraq, qeyd edilən tarixdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.