XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 14:52

ABŞ Suriyada kimyəvi silah anbarlarını vurdu –Yüzlərlə ölən var

Suriya ordusunun Baş qərargahı xüsusi bəyanatla çıxış edərək bildirib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Deyr-əz-Zr əyalətində İŞİD-in nəzarətində olan kimyəvi silah anbarına aviazərbələr endirib. Nəticədə yüzlərlə adam, o cümlədən mülki sakinlər ölüb. Aviazərbələrin Deyr-əz-Zor əyalətinin Calta rayonuna endirildiyi iddia edilir. Lakin bu məlumat hələlik müstəqil mənbələr tərəfindən doğrulanmayıb.

Bundan əvvəl Suriya rejimi İdlib əyalətində üsyançıların nəzarətində olan Xan Şeyxun qəsəbəsinə kimyəvi silah hücumu həyata keçirib. Nəticədə azyaşlılar da daxil olmaqla 100-dən çox adam həlak olub. Buna cavab olaraq ABŞ Suriya ordusunun aviabazasına “Tomoqavk” zərbələri endirib.