XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 15:29

“SOCAR-Türkiyə”nin rəhbərliyi BANM-də –Görüş

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-Türkiyə şirkətlər qrupunun rəhbərliyi ilə görüş keçirilib. 

BANM-dən Strateq.az-a verilən məlumata görə, görüşdə rektor Elmar Qasımov, SOCAR-Türkiyə şirkətininin İnsan resursları üzrə departamentin rəhbəri Dinar Məmmədova, İnsan  resursları üzrə şöbəsinin koordinatoru Sibel Uğur, Əməliyyatlar üzrə departamentinin rəhbəri Emil Eminov, Maliyyə və satınalmalar üzrə şöbənin  mütəxəssisi Funda Fidan, Star Rafineri şirkətinin Planlaşdırma və Optimizasiya üzrə şöbənin müdiri Eray Sarıbaş, Star Rafineri Təhsil üzrə şöbəsinin meneceri İlhan Çağlar, PETKİM şirkətinin İnsan resursları üzrə şöbənin müdiri Bəhruz Babayev, Ali Məktəbin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdə BANM-in 30 məzunun SOCAR-Türkiyə şirkətlərində mütəxəssis vəzifələrində çalışmaları və 5-7 tələbənin istehsalat təcrübə keçməsi məsələləri müzakirə olunub.

Elmar Qasımov Ali Məktəbin tələbələri üçün belə fürsətlərin və geniş imkanların hər il yaradılacağını bildirib. O deyib ki, Ali Məktəb dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurub və bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Rektor Elmar Qasımov BANM tələbələrinin və məzunlarının, həmçinin SOCAR-ın müəssisələrində təcrübəyə cəlb olunduqlarını vurğulayaraq, BANM-in SOCAR-Türkiyə və Petkim şirkəti ilə əməkdaşlığından da söz açıb. O, yaradılan imkanlara görə tərəfdaş şirkətlərin hər birinə təşəkkür edərək, tələbələrə təcrübə müddətində fəallıq və uğurlar arzulayıb.

SOCAR-Türkiyə şirkətinin Əməliyyatlar üzrə departamentin rəhbəri Emil Eminov şirkətin tarixindən, fəaliyyətindən, beynəlxalq layihələrdən və mühüm inkişaf mərhələlərdən bəhs edib.

"STAR Rafineri" şirkətinin Planlaşdırma və Optimizasiya üzrə şöbəsinin müdiri Eray Sarıbaş öz çıxışında STAR neft emalı zavodunun fəaliyyətindən danışaraq qeyd edib ki, sözügedən zavodun inşası həm də dünyanın ekoloji cəhətdən ən sağlam, effektiv və müasir texnologiyalara əsaslanan layihələrindən biridir.

Daha sonra SOCAR-Türkiyə şirkətinin İnsan resursları üzrə rəhbəri Dinar Məmmədova tələbələrə proqram, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. Seçim imtahan və müsahibə əsasında aprel ayının sonunda keçiriləcək.

Sonda SOCAR-Türkiyə şirkətlər qrupunun nümayəndələri tələbələrin çoxsaylı sualları cavablandırıblar.