XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

13 Aprel 2017 - 16:29

Dövlət sərhədimizi qanunsuz keçmək istəyən iki İran vətəndaşı yaxalanıb –DSX-dan açıqlama

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədimizi qanunsuz keçmək istəyən iki İran vətəndaşını yaxalayıb.

Strateq.az DSX-yə istinadən bildirir ki, aprelin 12-də Astara rayonunun Alaşa kəndi ərazisindəki sərhəd  zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı, 1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.

Aprelin 13-də isə DSX və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində  Füzuli rayonunun Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı, 1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.

Hər iki fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.