XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 17:55

AXCP üzvünün məhkəməsi –Hakim prosesi təxirə salıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs F.Əhmədli bildirib ki, o, ittiham aktını və digər məhkəmə sənədlərini aprelin 10-da alıb.

Hakim hazırlıq iclasını aprelin 25-ə təxirə salıb.

Qeyd edək ki, AXCP üzvü F.Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun yaydığı məlumata görə, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb. F.Əhmədli əvvəlcə Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Trend