XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 18:30

AMEA-da həqiqi üzvlüyə 5, müxbir üzvlüyə 31 daha namizəd qeydə alındı –Toplantı + FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib.

AMEA-dan Strateq.az-a verilən məlumata görə, tədbirdə HEB-in AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər üzrə Ekspert komissiyasının sədri, akademik Kamal Abdullayev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və namizədliyi qeydə alınmış alimlər iştirak ediblər.

Bölmənin akademik-katibi, akademik Teymur Kərimli iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.

T.Kərimli bildirib ki, tədbir bölmə üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədliyi qeydə alınmış alimlərin elmi fəaliyyətlərinin müzakirəsinə həsr olunub. 

Akademik vurğulayıb ki, bölmədən "Ədəbiyyatşünaslıq" ixtisası üzrə həqiqi və müxbir üzvlüyə 2, "Sənətşünaslıq" ixtisası üzrə həqiqi və müxbir üzvlüyə 2, "Dilçilik" ixtisası üzrə müxbir üzvlüyə 1, "Folklorşünaslıq" ixtisası üzrə isə həqiqi üzvlüyə 1 vakant yer nəzərdə tutulub. 

Akademik-katib ümumilikdə həqiqi üzvlüyə 5, müxbir üzvlüyə isə 31 namizədin qeydə alındığını nəzərə çatdırıb.

İclasda çıxış edən akademik Kamal Abdullayev tədbirin məqsədinin namizədliyi qeydə alınmış alimlərin elmi fəaliyyətləri ilə yaxından tanışlıq olduğunu bildirib və seçkidə iştirak edəcək hər kəsə uğurlar arzulayıb.

Sonra namizədlər fəaliyyətləri, əldə etdiyi nailiyyətlər və Azərbaycan elminə verdikləri töhfələr haqqında geniş məlumat veriblər. Təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.