XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 18:51

ANAMA:"Bu gün Cocuq Mərcanlıda 1 ədəd tank əleyhinə mina, 3 PQ-7VM raketi aşkarlandı"

Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 2 742 ədəd qəlpə, 1 ədəd tank əleyhinə TM-57 minası və 3 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bu barədə Strateq.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Məlumatda bildirilib ki, bu günə qədər agentlik tərəfindən 47 740 kv.m ərazi (3 265 kv.m əl, 16 800 kv.m mexaniki üsulla və 27 675 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.