XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 20:09

MDB hava hücumundan müdafiə məsələləri üzrə Əlaqələndirmə Komitəsinin iclası keçirilib –Bişkekdə

Bişkekdə Müstəqil Dövlətlər Birliyi müdafiə nazirlikləri yanında hava hücumundan müdafiə məsələləri üzrə Əlaqələndirmə Komitəsinin 46-cı iclası keçirilib.

İclasda MDB hərbi-hava qüvvələrinin, həmçinin müdafiə sənayesi kompleksinin nümayəndələri iştirak ediblər.

İclası açan Qırğızıstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Raimberdi Duyşenbiev deyib ki, belə görüşlər həm MDB çərçivəsində, həm də ikitərəfli əsasda əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq imkanı yaradır.

Yığıncaqda MDB dövlətləri hava hücumundan müdafiə məsələləri üzrə Əlaqələndirmə Komitəsinin fəaliyyəti, bu sistemin hərbi hazırlığı ilə bağlı Birgə Tədbirlər, həmçinin 2018-ci ildə birgə kompüter komanda-qərargah təlimlərinin keçirilməsi ilə bağlı sənədlər imzalanıb.

İclas iştirakçıları Bişkekdəki Qələbə meydanındakı “Əbədi məşəl” memorial kompleksinin önünə əklillər qoyublar.