XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 20:34

Yeni Zelandiyada güclü qasırğaya hazırlıq görür –Fövqəladə vəziyyət elan olundu

Yeni Zelandiya son 50 il ərzində ən güclü qasırğaya hazırlaşır.

Yerli hakimiyyət orqanları sakinlərin təxliyəsini qərara alıb, ölkənin bir neçə bölgəsində isə fövqəladə vəziyyət elan olunub.

Yerli sinoptiklərin proqnozuna görə, "Kuk" qasırğasının yaxınlaşması səbəbindən bir sıra bölgələrdə leysan, dalğaların hündürlüyünün 5 metr, küləyinin sürətinin isə 41 m/s olacağı gözlənilir.

Artıq 300-ə yaxın təhsil müəssisəsi bağlanıb, bir çox rayonlarda elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb. Bir sıra ölkədaxili aviareyslər təxirə salınıb.

Qeyd edək ki, Yeni Zelandiyada axırıncı dəfə belə siklon 1968-ci ildə qeydə alınmışdı. Həmin vaxt 50-dən çox şəxs həlak olmuşdu.

Trend