XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

13 Aprel 2017 - 22:46

Naxçıvan-İğdır-Ərzurum marşrutu fəaliyyətə başladı –Açıqlama

Son illər muxtar respublikada yol-nəqliyyat kompleksinə daxil olan qurumların fəaliyyətinin təşkili sahəsində ardıcıl tədbirlər görülüb.

Bu tədbirlər 2017-ci ilin birinci rübündə də diqqətdə saxlanılıb, Naxçıvan-Bakı-Naxçıvan, Naxçıvan-Urmiya və Naxçıvan-Təbriz istiqamətlərində avtobus marşrutlarının fəaliyyəti davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu günlərdə isə Naxçıvan-İğdır-Ərzurum marşrutu fəaliyyətə başlayıb. Avtobus hər gün səhər saat 05:00-da Naxçıvan şəhər avtovağzalından yola düşür.

Sərnişinlər muxtar respublikada fəaliyyət göstərən bütün avtovağzallardan Naxçıvan-İğdır marşrutu üzrə 5, Naxçıvan-Ərzurum marşrutu üzrə isə 16 manata bilet əldə edə bilərlər.(AzərTAc)