XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

14 Aprel 2017 - 08:59

Ankara Rusiyadan “S-400” zenit-raket sistemlərinin alınmasınınəzərdən keçirir

Ankara havadan müdafiə sistemlərinin əlverişli şərtlərlə alınmasında NATO-dan dəstək görmədiyindən Rusiyadan “S-400” zenit-raket sistemlərinin alınmasını alternativ variant kimi nəzərdən keçirir.   

Bunu Türkiyənin müdafiə naziri Fikri İşık.

F.İşık ABŞ-a səfəri çərçivəsində çıxışı zamanı havadan müdafiə sistemlərinin əldə olunması məsələsində Türkiyənin NATO-dakı tərəfdaşlarından dəstək almadığını təəssüflə ifadə edib. “Mən rəqabətli qiymətlər, texnologiyaların mübadiləsini nəzərdə tuturam. Bu səbəbdən biz alternativ variantları nəzərdən keçiririk. Rusiyanın “S-400” sistemləri onlardan biridir”, – deyə nazir qeyd edib.     (APA)