XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

14 Aprel 2017 - 12:39

Hesablama Palatası:“Pozuntulara yol vermiş vəzifəli şəxslərə qarşı intizam tədbirləri tam görülməyib”

“Pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib.

Trend-in məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun ötənilki hesabatını Milli Məclisin plenar iclasında təqdim edərkən deyib.

V.Gülməmmədov bildirib ki, 2016-cı il üzrə nəzarət tədbirlərinin nəticəsi kimi, audit olunan qurumlar tərəfindən 443 nəfər barədə bir sıra intizam tənbeh tədbirlərinin tədbiq edilməsi ilə bağlı məlumatlar Hesablama Palatasına daxil olub: "Bəzi qurumlar tərəfindən nöqsanlara və pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib. Həmçinin bu tədbirlərin priventiv xarakter daşıması nəzərə alınaraq tətbiq edilən tədbirlər əvvəlki illərdə olduğu kimi kifayət qədər sərt olmayıb".