XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

14 Aprel 2017 - 12:49

Birləşmiş Ərəb Əmirliklərinin XİN-i  Azərbaycandakı səfirini mükafatlandırdı –FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən mükafatlandırılıb.

Səfirlikdən Strateq.az saytına verilən məlumata görə, səfirlik  fərqlənmə mükafatı ilə təltif edilib. Səfirlik 2016-cı il ərzində göstərdiyi səmərəli fəaliyyətə və Azərbaycan ilə ikitərəfli əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrinə görə mükafata layiq görülüb.

BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd əl-Qubaysiyə mükafatı  bu ölkənin dövlət naziri Ənvər Qarqaş təqdim edib.

Strateq.az