XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 11:37

Polis AKP qərargahına soxulan yaraqlını həbs edib

Asayişi pozanın hərəkətinin səbəbi barədə məlumat verilmir

Картинки по запросу задержанный человек

Bu gün silahlı bir şəxs hakim AKP partiyasının İstanbulun Qartal bölgəsindəki ofisinə soxulub.

Strateq.az Türkiyə mətbuatına əsasən bildirir ki, polis ofisə həmlə edərək onu həbs edib. Asayişi pozanın hərəkətlərinin səbəbləri barədə məlumat verilmir. O bu səhər ofisə soxulub bütün əməkdaşları bayıra qovub və içəri qapanıb. Kamuflyaj geyinmiş cinayətkar yeddimərtəbəli ofisin son mərtəbəsində pəncərəni sındırıb ulduz, aypa və qılınc təsviri olan bayrağı orada asıb. O, arabir pəncərədən boylanıb aşağıdakı polislərə və yoldan keçənlərə nəsə qışqırıb deyirmiş.“AKP bu vətən üçün heç nə etmir, amma guya hər şeyi o edib. İraqı dolaşdı, Suriyanı dolaşdı, hər yerdə qan axıtdı, növbə Türkiyəyə gəlib. Hər şeyin axırına çıxdı. “Paralel” deyirsən, paralel sənsən!”

Haberler.com yazır ki, ofisə soxulan şəxsin adı Umutcan Tosuncudur.