XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2017 - 14:41

Ermənistan ordusunun Baş qərargah rəisi KTMT-nin baş katibi təyin olundu

Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) baş katibi vəzifəsinə yeni təyinat olub.

 Bu barədə KTMT-nin baş katibi səlahiyyətlərini müvəqqəti icra edən Valeri Semerikov bildirib.

 O, bu vəzifəyə Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yuri Xaçaturovun təyin olunduğunu söyləyib: "KTMT baş katibi vəzifəsinə təyinat məsələsinə bu gün təşkilata üzv dövlətlərin başçılarının iclasında baxılıb və bu ilin mayın 2-dən bu posta Yuri Xaçaturovun təyin olunması haqqında yekdil qərar qəbul olunub”.